Gəncədə iki nəfər bıçaqlanıb - KÜÇƏDƏ DAVA

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 1987-ci il təvəllüdlü A.Tağıyev və 1960-cı il təvəllüdlü F.Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər iki şəxs əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, onlar küçədə bıçaqlanıblar. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.