Gəncədə ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkorik.az-a verilən xəbərə görə,şəhər ərazisindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.
Araşdırma aparılır.