FSB əməliyyat keçirdi: baş nazirin müavini və cinayətkar dəstəsi saxlanıldı

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti Qaraçay-Çərkəzdə 100 milyon rubldan (təxminən 2 milyon manatdan çox) çox büdcə vəsaitinin oğurlanması barədə məlumat yayıb. 

Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, şübhəlilər iddia edilən dərman və tibbi avadanlıq əvəzinə ayaqqabı alıblar. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Qaraçay-Çərkəz hüquq-mühafizə orqanlarının əməkdaşları baş nazirin müavini İrina Gerbekova və daha 6 nəfərin də olduğu şübhəliləri saxlayıblar. Axtarışdan sonra onlarla bahalı ayaqqabı tapılıb.

İş prosesində DİN və FSB Qaraçay-Çərkəz Respublikası Baş nazirinin müavininin rəhbərlik etdiyi dəstənin qanunsuz fəaliyyətinin qarşısını alıb.

FSB dövlətə dəyən ziyanı 100 milyon rubldan çox qiymətləndirib.