Finlandiya parlamentinin binasında Milad şənliyindən sonra tualetlərdə narkotik maddələrin izləri tapılıb.
Bu barədə "Yle" yayım şirkəti məlumat yayıb.
"Laboratoriya analizi göstərib ki, üç tualetdə narkotik maddələrin izləri aşkarlanıb", - telekanal qeyd edib.
Təhlillərə görə, Finlandiya parlamentinin tualetlərində amfetamin, ekstazi və kokain izləri aşkar edilib.