"Eyforiya" serialının gənc aktyoru narkotikdən həyatını itirdi

“Eyforiya” serialındakı çıxışı ilə tanınan 25 yaşlı Anqus Klaud kokain, metamfetamin, fentanil və benzodiazepinlərdən istifadəçisi idi.

Stopnarkotik.az xəbər verir ki, anası onu huşsuz vəziyyətdə tapıb. Məlum olub ki, gənc aktyor narkotik maddələr qarışığının təsirindən keçinib.

Tibbi rəyə görə, narkotik maddələrin təsirindən aktyor kəskin intoksikasiya və bihuşluq nəticəsində ölüb. Ailənin daha əvvəl verdiyi açıqlamada, Anqus Klaudun atasının təzəlikcə ölümündən sonra "qətiyyətli mübarizə apardığı" və atasının öz psixi sağlamlıq problemləri haqqında açıq danışdığı qeyd edilir.

Kloud, 2019-cu ildə HBO kanalında yayımlanan “Eforiya” dramatik serialında narkotik satıcısı Fezko rolu ilə məşhurlaşan, iddialı aktyor idi. O, "Hollywood North" kimi filmlərdə, eləcə də gələcəkdə çəkiləcək "Your Lucky Day", "Freaky Tales" və “Universal” filmlərində rol alacaqdı.

Stopnarkotik.az