Qanunsuz ov edən 136 nəfər saxlanılıb

2025-ci ildə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 136 şəxs saxlanılıb. Onlardan 13-ü xarici vətəndaşdır.

Stopnarkotik.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bildirilib ki, maddi sübut kimi 71 ədəd ov silahı, 430 ədəd patron, qanunsuz ovlanmış 369 baş quş, 5 baş heyvan götürülmüş, cərimə tətbiq edilib.