Donald Tramp HƏMAS-a konkret vaxt verdi, iki ölkəni açıq şəkildə hədələdi: "İnanın, əsl qiyamət qopacaq"

ABŞ prezidenti Donald Tramp əsir mübadiləsindən imtina edən HƏMAS-ı və ii ölkəni sərt üslubda hədələyib.

Stopnarkotik.az Mia.az-a istinadən xəbər verir ki, o, yeni sənəd imzalanma məraismində bu barədə jurnalistlərə açıqlıama verib.

 Donald Tramp bildirib ki, əgər HƏAMS şənbə günü saat 12:00-a qədər Qəzzada bütün girovlar azad etməsə, atəşkəs razılaşmasını ləğv edəcək: "inanın, bundan sonra əsl qiyamət qopacaq"

Tramp HƏMAS-ın əlində olan bəzi israilli girovların ölməsindən də qorxduğunu dilə gətirib: "Təbii, mən öz adımdan danışıram. Ancaq İsrailin bunu necə qəbul edəcəyini bilmirəm"

Tramp daha sonra Qəzzaya bir daha özünün sahib olacağını, oradakı əhalinin isə Misir və İordaniya köçürüləcəyini təkrarlayıb: "Əgər bu ölkə sözümü geri çevirsə, yardımlarını dərhal kəsəcəyəm”.