Detoksikasiya, yoxsa "Metadon" müalicəsi? - ARAŞDIRMA / II HİSSƏ

Əvvəli bu linkdə: Detoksikasiya niyə müalicə deyil? - ARAŞDIRMA

ÜST opioid asılılığı olan əksər xəstələr üçün Əvəzedici Dəstək Terapiyası (ƏDT) tövsiyə edir. Qurum hesab edir ki, bu sağlamlıq və sosial nəticələri olan ən güclü effektiv metoddur.

ƏDT "Metadon" və ya "Buprenorfin" kimi uzunmüddətli təsir göstərən opioid agonistlərindən istifadə edən tibbi müalicədir. Müalicənin məqsədi iştahanı azaltmaq və çəkilmə simptomlarının qarşısını almaqdır.  Bu narkotik asılısına həyatını nisbətən sabitləşdirməyə, tibbi olmayan opioidlərdən istifadəni dayandırmağa və sağlamlıq risklərini azaltmağa imkan verir.

Böhran anında belə fasiləsiz təmin edilməlidir 

ƏDT sadəcə bir dərmanın digəri ilə əvəz edilməsi deyil. Bu, diabetli bir insanın xroniki xəstəliklərini idarə etmək üçün insulindən istifadə etdiyi kimi terapiyadır. Bu dərmanlar ("Metadon" və "Buprenorfin") ÜST-nin əsas dərman siyahısına daxil edilib. O böhran anında belə fasiləsiz təmin edilməli olan vacib səhiyyə xidmətidir.

Qısamüddətli detoksifikasiyadan fərqli olaraq, ƏDT uzunmüddətli müalicə hesab olunur. Opioid asılılığı xroniki xəstəlik kimi inkişaf edir və bir çox hallarda "Metadon" terapiyası uzun müddət, yaxud ömürlük tələb olunacaq.

Uzunmüddətli müalicə tələb edir

Müalicə planları uzunmüddətli olmalıdır. ÜST vurğulayır ki, asılılığının opioid agonistlərlə müalicəsi açıq şəkildə qəbul edilməli və klinik müddətə qədər davam etdirilməlidir. Dozanın azaldılması şəxs tərəfindən başlamalı və tibbi nəzarət altında həyata keçirilməlidir.

Son nəticədə demək olar ki, detoksikasiya müalicə deyil. Əvəzedici Dəstək Terapiyası müalicə rolunu oynaya bilər, amma müəyyən müddət üçün. Biryolluq müalicə psixoloji yardım, mənəvi inkişaf, cəmiyyətin yardımı olmadan mümkün deyil. 

Stopnarkotik.az