Çörəkləri bəyənmədilər: Ermənilərin "aclıq oyunları" davam edir

Aylardır guya ki, aclıqdan əziyyət çəkdikləri barədə dünyaya bar-bar bağıran Xankəndi erməniləri indi də mağazada satılan çörəyin keyfiyyətsizliyindən şikayətlənirlər.

Erməni əsilli qadın onlara layiq görülən, qara undan hazırlanmış çörəkləri sosial şəbəkədə paylaşaraq üsyan edib: “Bu nədir yeyirik biz? Bu çörəyi itin belə qabağına atsan yeməz. Bizə normal çörək və un verin!”

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi, hər birində 20 ton olmaqla 2 yük maşınına yüklənmiş un bu il avqustun 28-də istehsal edilib. Avqustun 29-da Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilsə də, yük avtomobilləri 17 gündür Ağdam-Xankəndi yolunda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının postunda gözləyir.