Bu ölkədə çevriliş oldu - HƏRBÇİLƏR HAKİMİYYƏTİ ƏLƏ KEÇİRDİ / YENİLƏNİB

Qabon Prezidenti Əli ben Bonqo Ondimba ev dustaqlığındadır.

Stopnarkorik.az xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə hakimiyyəti ələ keçirmiş hərbçilər bildiriblər.

Prezidentin taleyinin necə olacağı məlum deyil.

Qeyd edək ki, Qabonda hərbçilər televiziya vasitəsilə bütün dövlət qurumlarının buraxıldığını, son prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər. Hazırda paytaxt Librevil şəhərində avtomat silahlardan istifadə edilməklə atışma gedir. Ordu sərhədlərin bağlandığını da bəyan edib. Qabon ordusu hakimiyyət institutlarının ləğv olunduğunu elan edib.

***11:33

Afrika ölkəsi Qabonda hərbi çevriliş elan edilib. 

Stopnarkotik.az “Reuters”ə istinadən xəbər verir ki, bir qrup hərbçi televiziyaya çıxaraq hakimiyyət institutlarının ləğvi və prezident Əli Bonqo Ondimbanın devrilməsi barədə məlumat verib.

Bundan əlavə, ölkənin Ekvatorial Qvineya, Kamerun və Konqo ilə sərhədləri bağlanıb.

Qeyd edək ki, fransayönlü Əli Bonqo son prezident seçkilərində dördüncü dəfə bu vəzifəyə seçilib. O, 2009-cu ildən bəri Qabona rəhbərlik edirdi.