Böyük Britaniyanın Xarici İşlər Naziri: BMT Təhlükəsizlik Şurasının tərkibi ikiqat artırılmalıdır

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli BMT Təhlükəsizlik Şurasının tərkibini iki dəfə artırmağa və Rusiya Federasiyasının mövcud təsirini neytrallaşdırmağa çağırıb. Stopnarkotik.az bu barədə "The Guardian"a istinadla məlumat verir.
Xarici işlər naziri qeyd edib ki, o, qlobal cənub liderlərini diqqətlə dinləyib və onlar hiss edirlər ki, varlı ölkələr “güc toplayır və öz öhdəliklərinə laqeyd yanaşırlar”.
"Çoxtərəfli sistemdə ən yoxsul və ən həssas ölkələrin səsi eşidilməlidir. Kasıbların səsi heç də həmişə eşidilmir. Hətta onları birbaşa maraqlandıran məsələlərdə belə", - deyə xarici işlər naziri bildirib.
Ceyms Kleverli Afrikanın G20 təşkilatında daimi nümayəndəliyini görmək istədiyini və Təhlükəsizlik Şurasına üzvlüyün Hindistan, Braziliya, Almaniya, Yaponiya və Afrika ölkələrinə də genişlənəcəyini vurğulayıb. O hesab edir ki, bu, Rusiyanın veto qoymasını “daha ​​az əhəmiyyətli” edəcək.

Stopnarkotik.az