Bir neçə abonentin borcuna görə binaya istiliyin verilməsi niyə dayandırılır? - RƏSMİ AÇIQLAMA / VIDEO

Fətəli xan Xoyski küçəsində yerləşən binaların bəzilərinə istilik verilmir.

Sakinlərin sözlərinə görə, buna səbəb binanın digər sakinlərinin istilik borclarını ödəməmələridir.

Həmçinin bu binada yerləşən istilik xətləri də köhnədir.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, sakinlərin borcu kütləvi olduğu halda binaya istiliyin verilməsi məhdudlaşdırılır.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında: