Belarus Respublikasında çoxuşaqlı ailələrin məktəbyaşlı uşaqlarını dərs ilinə hazırlamaq üçün maddi yardım almaq hüququ var. Belarus Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, belə ailələrin təxminən 84%-i zəruri maddi yardımı artıq alıblar.
Birdəfəlik maddi yardımın məbləği ailədəki məktəb yaşlı uşağa görə 146,32 rubldur. Respublikanın bütün regionlarında 112 mindən çox çoxuşaqlı ailə övladlarını məktəbə hazırlamaq üçün birdəfəlik maddi yardım alıb. Ödənişlərin ümumi məbləği 34 milyon rubl olub.
Məktəbyaşlı uşaqları olan ailələrə dövlət ünvanlı sosial yardımın verilməsi yolu ilə də təmin edilir ki, bu da artıq 1,3 min ailədəki 3,6 min uşağa 2,6 milyon rubl məbləğində ödənilib.
Stopnarkotik.az