Bakıda qızıl-zinət və moped oğurlayan şəxslər saxlanıldı - BİRİ KEÇMİŞ MƏHKUMDUR

Bakıda qızıl-zinət və moped oğurlayan şəxslər saxlanıldı.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxs paytaxt sakininin evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı M.Elyasov saxlanılıb.

İdarənin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə 1986 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı K.Qaçayev də tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.