Bakıda oğurluq edən 3 nəfər tutuldu - İKİSİ KEÇMİŞ MƏHKUMDUR

Bakıda oğurluqlar edən şəxslər saxlanıldı.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Xətai, Nərimanov və Səbail rayonlarında talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus mobil telefon, motosiklet və marketlərin birindən 2400 manat dəyərində lotereya biletləri oğurlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı İ.Alxasov, əvvəllər məhkum olunmuşlar - 37 yaşlı R.Piriyev və 32 yaşlı T.Maksimov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.