Mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35 min manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib:
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 L.Babayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub".