BAKIDA ƏMƏLİYYAT: narkokuryerlər saxlanıldı, 2 kiloqram narkotik ələ keçirildi

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyatlar keçirilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər zamanı 20 yaşlı H.Əliyev Nəsimi, 45 yaşlı V.Mirzəyev isə Sabunçu rayonu ərazisində saxlanılıblar. Onlardan 2 kiloqramdan artıq marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir.