Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 20 yaşlı Pərviz Cəfərov və tanışı 22 yaşlı Çingiz Rəhimov saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq heroin və marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.