Bakıda hamamdan telefon oğurlayan şəxs həbs edilib.
Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, 2236-cı məhəllə ünvanında yerləşən hamamda baş verib.
Belə ki, çimmək adı ilə hamama girən 1987-ci il təvəllüdlü Elçin Əsədov (ad-soyad-şərti) müştəriyə məxsus "Smartone" markalı telefon oğurlayıb.
Məhkəmənin qərarı ilə Elçin Əsədov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibat xətanı törətməkdə təqsirli bilinib və barəsində 23 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib.