Bakıda evdən 5 min manat oğurlandı

Nəsimi rayonu ərazisində mənzillərin birindən 5000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Orucov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.