Abşeronda quldurluq edən 2 nəfər saxlanıldı - DAHA BİR NƏFƏR İSƏ...

Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən köşklərin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, köşkdə satıcı kimi çalışan qəsəbə sakini polisə müraciət edərək 2 naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək 650 manat pul vəsaitini taladığını bildirib.

Stopnarkotik.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Q.Qılmanov və 17 yaşlı bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Həmçinin, rayon ərazisində bir nəfərə məxsus torpaq sahəsindən 4000 manat dəyərində dəmir konteyneri oğurlayan 41 yaşlı T.Əhmədov da saxlanılıb.