Bakının Xəzər rayonu Zirə qəsəbəsindəki evlərin birindən 35000 manat pul, oyun aparatı və sənədlərin oğurlanması barədə rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.