Bakıda daha bir nəfər spirtdən öldü - SAY 20-Nİ KEÇDİ...

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb. 

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 

Rayon sakini, 1975-ci il təvəllüdlü Dadaş İbrahim oğlu Kərimov spirtdən zəhərlənərək ölüb. 

Onun etil spirtindən zəhərlənərək öldüyü bildirilir. 

Qeyd edək ki, son günlər Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 20-ni keçib.