Bakıda avtomobil qaçıran keçmiş məhkumlar ƏLƏ KEÇDİ

Dekabrın 1-də səhər saatlarında paytaxtın Yasamal rayonunda evlərin birinin qarşısından “VAZ-2106” markalı nəqliyyat vasitəsi qaçırılıb.

Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 32 yaşlı E.Məmmədov və R.Cəfərov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.