Bakıda atasını öldürməkdə təqsirləndirilən şəxs hakim qaşısında

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Azər Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası noyabrın 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 1990-cı il təvəllüdlü Azər Abbasov aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasovu kəsici-deşici alətlə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.