Bakı-Qazax yolunda mikroavrobus aşdı: Yaralılar var

Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, "Mercedes-Vito" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 7 nəfər xəsarət alıb.

Belə ki, qəza nəticəsində Quliyeva Maygül (1972), Quliyeva Şəhla (1996), Quliyeva Sevgi (1994), Quliyev Məqsəd (1996), Qasımov Nurlan (1998), Qasımova İnci (2023), Qəhramanova Həvva (2016), Əhmədov Misir (1969), Əsgərov Xəyal (1992) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Bakıdan Tovuz istiqamətinə hərəkətdə olan "Mercedes-Vito" markalı avtomobil öncə "QAZel" markalı kiçiktutumlu yük maşını ilə toqquşub daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Faktla bağlı araşdırma aparılır.