Bakı bulvarında İNTİHAR: itkin düşmüşdü, özünü dənizə atdığı məlum oldu

Bakıda itkin düşən şəxsin intihar etdiyi məlum olub.

Hadisə Bakı bulvarında qeydə alınıb.

Bir həftə əvvəl itkin düşmüş kimi qeydiyyata alınan Bakı şəhər sakini Oleq Baranovun fevralın 21-də Səbail rayonu Neftçilər prospektində yerləşən Milli Parkın ərazisində özünü dənizə atması müəyyən edilib.

O.Baranovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Araşdırmalar Səbail rayon prokurorluğu tərəfindən aparılır./lent.az