Bakı Aİ-ni "Global Gateway” çərçivəsində Zəngəzur dəhlizinə qoşulmağa dəvət edib

Bakı Avropa İttifaqını Zəngəzur Dəhlizi layihəsinə, o cümlədən Aİ-nin “Global Gateway” təşəbbüsü çərçivəsində qoşulmağa dəvət edib.

Bu barədə təklifi Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “EU Today”ə verdiyi müsahibədə səsləndirib.

Hacıyev həmçinin Azərbaycan mülki təyyarəsinin vurulmasından sonra Rusiya ilə münasibətlərə də münasibət bildirib. O bildirib ki, Bakı Moskvaya dörd tələb irəli sürüb: rəsmi üzr istəmək, tam araşdırma aparmaq, məsul şəxslərin məsuliyyətə cəlb edilməsi və kompensasiya.

Hacıyev əlavə edib ki, bu məsələlər həll olunan kimi bu anlaşılmazlığa son qoyacaq və iki ölkə arasında normal, mehriban qonşuluq münasibətlərini bərpa edəcəyik. 

Stopnarkotik.az