Azərbaycanda işsizlərin sayı açıqlandı

Ötən il ölkədə işsizlərin sayı 279, 1 min nəfər olub.

Stopnarkotik.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin  2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

2026-cı il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5384,3 min nəfər olub. Onlardan 5105,2 min nəfərini məşğul əhali təşkil edib.