Xaçmaz rayonunda baş vermiş bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.
Ata oğluna ağır bədən xəsarətləri yetirib. Hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.
Belə ki, Sahib Fərzəliyev 30 yaşlı oğlu Bəxtiyar Fərzəliyevlə bir yerdə yeyib-içdikdən sonra aralarında mübahisə yaşanıb.
Daha sonra ata oğluna kəsici alətlə müxtəlif xəsarətlər yetirib. Xəsarət alanın anası deyib ki, ata-bala içkili olublar, yolda mübahisə ediblər.
Ətraflı Baku TV-nin süjetində:
***
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə Niyazoba kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Bəxtiyar Sahib oğlu Fərzəliyev bıçaq yarası alıb. Hadisəni törətməkdə onun atası S.Fərzəliyev şübhəli bilinir.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.