Arif Hacılının oğlu həbs edildi - VİDEO

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə məlumatı Arif Hacılı feysbuk hesabında yazıb.

O, oğlunun bir neçə gün öncə baş verən qəza ilə bağlı saxlanıldığını bildirib.

Orxan Hacılı barəsində 48 saat müddətində şübhəli şəxs qismində saxlanılma tədbiri seçilib.

Xatırladaq ki, Orxan Hacılı Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində qəza törədib. Onun qəzanı sərxoş halda törətdiyi, qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

İddialara görə, Orxan Hacılı hadisəni törədəndən sonra hadisə yerindən yayınıb.