İyunun ortalarından etibarən ABŞ, Kanada və Meksikada sosial media istifadəçiləri kütləvi sayda hərbi texnikanın və aviasiyanın (vertolyotlar və təyyarələrin) aktiv şəkildə yerdəyişməsi barədə məlumat verirlər.
Stopnarkotik.az xarici KİV-lərə istinadla xəbər verir ki, Amerika qoşunları artıq bir həftədən çox müddətdə hərbi texnikanın daşınmasını həyata keçirirlər. Hər saat şəbəkədə görünən çoxsaylı videolar Pensilvaniya, Mayami, Minnesota, Aydaho, Nyu York, San Dieqo, Cənubi Karolina, Kaliforniya (Miramar hərbi bazasının yaxınlığında), Cənubi Dakota, eləcə də Kanadada ( Dezeronto, Ontario) və Meksikann sərhəd ştatlarında ordu kolonlarının hərəkətini göstərir. Hətta Mayami üzərində “B-2 Spirit” gözəgörünməz bombardmançı təyyarələrin uçuşları lentə alınıb.
Raket əleyhinə müdafiə sistemlərinin "ABŞ-ın Qərb Sahilindəki yerlərə" hərəkəti ilə bağlı hərbi mənbələrdən gələn xəbərlər baş verənlərə hələ çox aydınlıq gətirməyib. Latın Amerikası ölkələrinin hökumətləri də baş verənlərlə bağlı hələlik dəqiq şərh verməyib. Eyni zamanda, artıq amerikalıların Meksikada hərbi əməliyyatlar aparmaq üçün qoşunlarını cənub sərhədinə cəmlədiyi barədə məlumatlar da peyda olub.
Hələ rəsmi olaraq elan edilməsə də, mənbələr ABŞ-ın Meksika cinayətkar kartellərinə qarşı hərbi əməliyyat edəcəyini bildirirlər. Həmçinin, bu bəhanə ilə Meksikadan ABŞ-a yollanan qeyri-qanuni miqrantların problemini kökündən həll etmək cəhdi gündəmdədir. Məsələn, Beykersfild şəhərindən çəkilmiş videolarda kadra düşən zirehli maşınlar etirazçı kütləni dağıtmaq üçün istifadə edilən ölümcül olmayan akustik cihazlara bənzər qurğuları göstərir. Pensilvaniyada lentə alınan mənzərələrdə görünür ki, bəzi ordu konvoylarının yük maşınları tikanlı məftil rulonlarını çəkir.
ABŞ-Meksika müharibəsi ehtimalını hələ yüksək saymaq olmaz. Əgər söhbət yalnız cinayətkarların cilovlanmasından gedirsə, o zaman ABŞ hökuməti Meksikadan özünün kartellərə qarşı lazımi polis əməliyyatını həyata keçirəcəyinə dair razılıq alacaq. İş ondadır ki, kartellər faktiki olaraq sərhədyanı ərazilərə nəzarəti ələ keçirdilər, burada bütün yerli hakimiyyət orqanlarını satın aldılar. Miqrantların əksəriyyətini ABŞ-a daşıyan kartellər bununla böyük gəlirlər əldə edirlər. Bundan əlavə, Meksika bütün növ narkotik vasitələrin və qaçaqmalların ABŞ-a daşınması üçün ən böyük bazadır.
Mart ayında respublikaçı konqresmenlər fentanil tədarükçüsü narkotik kartellərini “terrorçu” qruplar kimi tanıyan qanun layihəsi təqdim ediblər. Onlar Co Bayden administrasiyasını ordudan istifadə edərək "harada olurlarsa olsunlar" narkokartellərlə mübarizə aparmağa çağırıblar.
Sorğulara görə, amerikalıların 61%-i “Meksika kartelləri ilə mübarizə” üçün ordudan istifadə etmək ideyasını dəstəkləyir. May ayında açıqlanan sorğu göstərdi ki, amerikalıların 53%-i “ABŞ hərbi personalının və aktivlərinin Meksikada yerləşdirilməsini” dəstəkləyir.
Lakin görünən odur ki, ABŞ-ın məqsədi sərhəd cinayətkarlarını cilovlamaq istəyi ilə məhdudlaşmır. Meksikanın mərkəzi rəhbərliyi müdaxiləni işğal kimi qəbul edir və buna qəti şəkildə qarşıdır. Qoşunlar artıq Meksika tərəfdən sərhədə doğru irəliləyir. Meksika ilə ABŞ arasında ziddiyyətlər müxtəlif yollarla güclənir. Qonşu ölkələr arasında münasibətlər bir aydan çoxdur ki, ciddi böhran içindədir.
Meksikanın hazırkı prezidenti Andres Manuel Lopez Obradorun Biden administrasiyası ilə münasibəti hamar deyil. 2022-ci ildə Ağ Ev ABŞ-da Latın və Cənubi Amerikanın demək olar ki, bütün dövlətlərinin liderlərinin dəvət olunduğu “Amerika sammiti”ni toplayanda Meksika prezidenti ümumiyyətlə iştirak etməkdən imtina etdi.
Belə görünür ki, ABŞ-ın planları kartellərlə mübarizədən qat-qat genişdir. Pentaqon bu yaxınlarda Latın Amerikasındakı Peruya kütləvi və uzunmüddətli müdaxilə vəd edən qoşun göndərdi.
Stopnarkotik.az