ABŞ Meksikanın 3 maliyyə qurumuna narkokartellərlə əlbirliyə görə sanksiya qoydu

ABŞ-ın baş prokuroru Pam Bondi Meksikanı ABŞ-ın təhlükəsizliyini İran, Rusiya və Çin kimi təhdid edən düşmən adlandırıb.

Bondi vurğulayıb ki, Vaşinqton əhaliyə fiziki hücumlar törətməsindən və ya amerikalı gənclər arasında aşırı dozadan ölümə səbəb olmasından asılı olmayaraq, “istənilən xarici düşmənə qarşı” özünü müdafiə edəcək.

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi narkotik kartellərinə yardım etdiklərinə görə Meksikanın üç maliyyə qurumuna – “CIBanco”, “Intercam Banco” və “Vector Casa de Bolsa”ya qarşı sanksiyalar tətbiq edir. İddialara görə, bu qurumlar “Sinaloa”, “Jalisco New Generation” və “Golfo” kartellərinə xidmət edib və sintetik narkotik komponentlərinin gəldiyi Çindəki şirkətlərə vəsait köçürüblər. Meksika isə ABŞ-a cavab olaraq öz sərhədi yaxınlığında ətraf mühitə buraxdığı zərərli maddələrə görə “SpaceX”-ə qarşı araşdırma elan edib. Belə ki, Tamaulipasdan 1,5 km aralıda Texasda Starship kosmik gəmisinin partlaması ətraf mühitin çirklənməsi və beynəlxalq hüququn pozulması ilə bağlı ittihamlara səbəb olub. 

Stopnarkotik.az