4,8 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı - DİN-dən ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 27-də ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 123 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.