44,4 KQ NARKOTİK, 10,5 TON... - Həftəsonu aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 28-də və 29-da ümumi çəkisi 44,4 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 10,5 tondan artıq çəkidə 26023 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.