Gəncədə intihar hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə xəstəxanaların birində qeydə alınıb.
Belə ki, iyunun 30-da Mahir Quliyev müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatanın pəncərəsindən özünü ataraq intihar edib.
Qeyd edək ki, Mahir Quliyev iyun 26 da qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirib, bir kişiyə isə bıçaq xəsarəti yetirib. Sonra isə bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.