Zərdab şəhəri ərazisindəki mağazaların birindən 5390 manat dəyərində 14 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Körpükənd kənd sakini Taleh İsazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.