Zərdabda mübahisə qanla bitdi - BİR NƏFƏR SAXLANILDI

Zərdabda mübahisə qanla nəticələnib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Qoşaoba kəndində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Abbas Abbasov qohumu Hikmət Rəşidli ilə mübahisə edən 1989-cu il təvəllüdlü Məhəmməd Talıblının bel nahiyəsinə dəhrə ilə zərbə endirib.

Əməliyyat tədbirləri nəticəsində Abbas Abbasov saxlanılıb.

Faktla bağlı aradırma aparılır.