Zabratda ağır qəza: ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

Bu gün Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Mirəli Abbasovun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə 2003-cü il təvəllüdlü Ələsgər Ələsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. 

Nəticədə 22 yaşlı sürücü Ə.Ələsgərov hadisə yerində öüb.

Sərnişinlər - 2003-cü il təvəllüdlü Sevinc Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Rəsulova, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.