Yunan mafiyasının üzvlərini öldürməkdə ittiham olunan beş nəfərdən ikisi Gürcüstan vətəndaşıdır və onlar saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rustavi 2 telekanalı xəbər yayıb.
Qalan təqsirləndirilən şəxslərə gəlincə, onlardan daha ikisi xaricdədir və polis tərəfindən axtarışdadır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Yiannis Skaftouros, Vasili Rubetis və Dionis Mouzakitisin qətlinin arxasında təqsirləndirilən şəxslər dayanıb. Yannis Skaftouros 2022-ci ilin aprelində, daha iki nəfər isə 2023-cü ilin iyununda öldürülüb.