Yevlax rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10.05.2026-cı il tarixində saat 07:20 radələrindən başlayaraq 22 nəfər (9 kişi, 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.
Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir
***09:34
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində 20-dən çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Yevlax və Mingəçevir şəhərlərində yerləşən xəstəxanalara çatdırılıblar.
Hadisə yerinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.