DƏHŞƏTLİ QƏZA: 4 nəfər can verdi / Yenilənib 1

Ağdamda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən 4 nəfərin kimlikləri məlum olub.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, qəzada Mehtiyev Faiq Xanqulu oğlu, Qəhrəmanov Saday Yaqub oğlu, Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu ölüb.

Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

08:52

Ağdam rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

Stopnarkotik.az xəbər verir ki, ağır yaralananlardan daha bir nəfər həyatını itirib. Bununla da qəza nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma davam etdirilir.

**

07:57

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./apa