Yeni il axşamı Bakıda ictimai nəqliyyat BELƏ İŞLƏYƏCƏK

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələrini və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alaraq, dekabrın 31-də marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq.

Bu Stopnarkotik.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb", - məlumatda deyilir.