Yasamalda blokda narkotik qəbul edən şəxslə bağlı QƏRAR VERİLDİ - VİDEO

Bakının Yasamal rayonunda yaşayış binasının blokunda narkotikdən istifadə edən şəxsin barəsində həbs qərarı verilib.

Stopnarkotik.az xəbər verir ki, sosial şəbəkələrdə Yasamal rayonu, İnşaatçılar prospektində yaşayış binasının blokunda bir nəfər şəxsin narkotik vasitədən istifadə etməsi ilə bağlı video görüntü yayılıb.

Qeyd olunan hadisə ilə əlaqədar aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən şübhəli şəxs Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində saxlanılıb və əməlinə hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə gətirilib.

Respublika Narkoloji Mərkəzində ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olub ki, həmin şəxsdə asılılıq sindromu, narkomaniya xəstəliyi var.

Yevlax sakini, 1985-ci il təvəllüdlü Elvin Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə ittiham elan edilib.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.