Uzun müddətdir UNO tədqiqatları ilə məşğul olan meksikalı jurnalist Ceym Mossen işinin bəhrəsini almağa başlayır.
Xarici media xəbər verir ki, onun uzun araşdırmalarından sonra Meksika Konqresində iki yadplanetli cəsədi nümayiş olunub. Tədbirdə adi insanlardan başqa, kiçik iki canlının cəsədi təqdim edilib.
Perunun And dağları üzərində yayılmış Kusko şəhərində tapılan cəsədlərin minlərlə yaşı olduğu təxmin edilir. Konqresdə alimlər, jurnalistlər iştirak edib.
Ceym Mossen Meksika hökumətindən və ABŞ rəsmilərindən bu iki varlığın nə olduğunu öyrənməyi xahiş edib: "İki cəsəd Yer kürəsinə aid deyil. Onlar bizim kimi həyati təkamül keçirməyiblər".
UNO eksperti bildirib ki, cəsədlər naməlum obyekt qəzası və ya dağıntılar arasında yox, dəniz yosunları içərisində tapılıb.