Xəzər rayonunda 17 min manatlıq mal-qara oğurlandı - SAXLANILAN VAR

Xəzər rayonunda iri və xırdabuynuzlu mal-qara oğurlanıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon sakini polisə müraciət edərək 17000 manat dəyərində mal-qarasının evinin həyətindən oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən N.Novruzov saxlanılıb.

Araşdırmalar davam etdirilir.