"Əxlaqsız şəkillərimi görüb məni bıçaqladı" - Qızına xəsarət yetirən atanın məhkəməsi

Bakıda qızını öldürməyə cəhddə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rəna Cavadova ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs onun atasıdır:

"Mənim telefonumda müəyyən əxlaqsız şəkillərimi görüb. Həmin şəkilləri özü üçün götürmüşdü. Mən də şəkilləri onun telefonunda gördüm. Şəkillərimi heç yerdə paylaşmamışdım. Atam mənə bıçaqla xəsarət yetirəndə yanımızda heç kim yox idi. Mən üzümü tutmuşdum, 5 bıçaq zərbəsi vurub mənə. Sonra isə qonşu gəldi. Atamla bağlı heç bir şikayət və tələbim yoxdur". 

Məhkəmədə məlum olub ki, zərərçəkən Rəna Cavadova özündən 14 yaş balaca oğlanla sevgi yaşayıb. 6 il bundan qabaq ilk həyat yoldaşından ayrılıb. Onlarla bir binada yaşayan Mirəli Quliyev Rənanın atasına yaxınlaşaraq deyib ki, sən necə kişisən, sənin qızının lüt şəkilləri mənim oğlumun telefonundadır. Bundan sonra Rəfail Cavadov bu sözlərə dözməyərək qızını öldürmək istəyib. 

Məhkəmənin növbəti iclası sentyabrın 3-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovaya 5 bıçaq zərbəsi ilə xəsarət yetirib.

Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldurməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

"Əxlaqsız şəkillərimi görüb məni bıçaqladı" - Qızına xəsarət yetirən atanın məhkəməsi