Xırdalanda soyğunçuluq törədilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 23-də Xırdalan şəhəri ərazisində avtomobildə sürücünün sərnişin olan Qobu qəsəbə sakininin 120 manat pulunu soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Əlizadə Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.