Ötən gün Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 4 ədəd patron darağı, 1 alışdırıcı, 241 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.