Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib.
Stopnarkotik.az xəbər verir ki, məlumat Britaniya hökumətinin saytında dərc edilib.
Bildirilib ki, buna səbəb Aİ-yə üzvlük danışıqlarının dayandırılmasının bəyan edilməsindən sonra keçirilən etirazlar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin polis qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional güc tətbiq etməsidir.
Sanksiya siyahısına Qomelaurinin müavini Aleksandre Daraxvelidze, DİN-in xüsusi tapşırıqlar departamentinin direktoru Zviad Xarazişvili (xüsusitəyinatlı polis dəstələrinin rəisi) və Tbilisi polis departamentinin direktoru Sulxan Tamazaşvili də daxil edilib.
Sanksiyalara aktivlərin dondurulması və səyahət qadağaları daxildir.